Kişilər və qadınlar arasında ölkə çempionları müəyyənləşdi

Kişilər və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.
Mediasport.com.az xəbər verir ki, yarışın son günündə tay-brek görüşləri baş tutub.
Kişilərin mübarizəsində Rauf Məmmədov Şəhriyar Məmmədyarovu üstələyərək karyerasında 6-cı dəfə Azərbaycan çempionu olub.
Qadınların yarışında isə Günay Məmmədzadə Gövhər Beydullayevanı məğlub edərək çempion tituluna yiyələnib.
Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Ülviyyə Fətəliyevaya qalib gəlib.