Əməkdar məşqçi, Azərbaycan çempionu 55 yaşında vəfat etdi

Əməkdar məşqçi, şahmat üzrə qadınlar arasında Azərbaycan çempionu Təranə Səidova dünyasını dəyişib.
55 yaşlı FİDE hakiminin vəfatı ilə bağlı Azərbaycan Şahmat Federasiyasından "Mediasport"a məlumat verilib.
AŞF Təranə Səidovanın vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhuma Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir.