Azərbaycan yığmaları Ermənistan və Çexiya seçmələri ilə görüşəcək
Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadası davam edir.
"Mediasport" xəbər verir ki, Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər.
Kişilərdən ibarət komanda 9-cu tur çərçivəsində Ermənistan, qadın yığmamız isə Çexiyadan olan həmkarları qarşılaşacaq.
8 turdan sonra kişi kollektivimiz 13 xalla 5-ci, qadın yığmamız 11 xalla 21-ci pillədə yer alıb.
İsveçrə sistemi üzrə 11 tur davam edəcək yarış sentyabrın 27-də başa çatacaq.

