Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlandı
Oktyabrın 22-dən 30-dək Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Bu barədə "Mediasport"a AFFA-dan məlumat verilib.
Azərbaycan millisi turnir çərçivəsində ilk oyununu oktyabrın 24-də, saat 19:30-da "Crystal Hall"da Timor-Leste yığmasına qarşı keçirəcək.
Komanda oktyabrın 25-də, saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq.
Bu iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.
Millimiz oktyabrın 26-da, saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.
| № | Ad, Soyad | Klub |
| 1 | Oqtay Mehrəliyev | Qarabağ FK |
| 2 | Məhəmməd Ağamaliyev | Qarabağ FK |
| 3 | Emil Quliyev | Neftçi PFK |
| 4 | Əkbər Nağıyev | Neftçi PFK |
| 5 | Kənan Əzimov | Neftçi PFK |
| 6 | Qafar Babayev | Neftçi PFK |
| 7 | Said Bayramov | Neftçi PFK |
| 8 | Sübhan Əlizadə | Neftçi PFK |
| 9 | Həsən Məhmədov | Sabah FK |
| 10 | Həsən Ramazanov | Sabah FK |
| 11 | Murad Məmmədzadə | Sabah FK |
| 12 | Asif Allahverdizadə | Ulduz FA |
| 13 | Müşfiq Zamanov | Ulduz FA |
| 14 | Yusif Əlizadə | Ulduz FA |

