Azərbaycan millisi növbəti dəfə Moldova yığmasına qalib gəldi

 Azərbaycan millisi növbəti dəfə Moldova yığmasına qalib gəldi

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünə çıxıb.

"Mediasport" xəbər verir ki, U-16 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Binə stadionunda təşkil olunan oyun Aqil Nəbiyevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində qolları Şikar Şikar və Ömər Kosayev vurublar.

Qeyd edək ki, bu komandalar arasında iyunun 19-da keçirilən ilk oyunda Azərbaycan millisi 3:2 hesablı qələbə qazanıb.