"Şamaxı"da 14-cü ayrılıq reallaşdı

 "Şamaxı"da 14-cü ayrılıq reallaşdı

"Şamaxı" daha bir futbolçusu ilə yollarını ayırıb.

"Mediasport" xəbər verir ki, əyalət klubu gənc Bilal İsmayılovla vidalaşıb.

22 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə uzadılmayıb.

Xatırladaq ki, onadək "şirlər"i Kərim Rossi, Rüfət Abbasov, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Arsen Ağcabəyov, Rafael Məhərrəmli, Vladislav Veremeyev və Nihat Mehralıyev tərk edib.

Beləliklə, bölgə təmsilçisindən gedən futbolçuların sayı 14-ə çatıb.