Mövsümün ikinci göstəricisi "Azərbaycan derbisi"ndə reallaşdı

Premyer Liqanın 31-ci turunun “Qarabağ” - “Neftçi” oyununu (3:0) 7200 tamaşaçı izləyib.
"Mediasport" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda mövsümün ikinci göstəricisi qeydə alınıb.
Yalnız bu komandalar arasında XXIII turun görüşündə daha çox seyrçi olub. “Neftçi Arena”dakı “Neftçi” – “Qarabağ” qarşılaşmasını (0:1) 9355 tamaşaçı izləyib.
Maraqlıdır ki, mövsümün 3-cü göstəricisi də Azərbaycan derbisinə məxsusdur. XV turun “Neftçi Arena”dakı “Neftçi” – “Qarabağ” (0:3) oyununda 7069 tamaşaçı olub.
Qeyd edək ki, seyrçi sayında 4-cü nəticə IX turun “Sumqayıt” – “Qarabağ” matçına (0:1) məxsusdur. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşdə 7000 izləyici qeydə alınıb.