“Zirə”dən 100-cü bərabərlik

 “Zirə”dən 100-cü bərabərlik

“Zirə” Premyer Liqada 100-cü dəfə heç-heçə edib.

"Mediasport" xəbər verir ki, bu, “Neftçi” ilə ev matçında qeydə alınıb.

Misli Premyer Liqasının XXVIII turunun görüşü 1:1 hesabı ilə nəticələnib.

Paytaxt təmsilçisi 332-ci oyununda 100-cü "sülh"ə imza atıb. “Zirə” çempionatın tarixində 100 və daha çox bərabərliyi olan 11-ci komandadır.

Bakılıların sülhlərindən 51-i ev, 49-u səfər matçında gerçəkləşib.

Qəsəbə klubunun ilk heç-heçəsi 2015/16 mövsümünə təsadüf edib.

2015-ci il avqustun 16-da “Kəpəz”lə səfər qarşılaşmasında 1:1 hesabı qeydə alınıb.