"Şamaxı" "Sabah"a, "Turan Tovuz" "Araz-Naxçıvan"a məğlub oldu

Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları davam edir.
"Mediasport" xəbər verir ki, günün ilk oyununda "Sabah" "Şamaxı"nı məğlub edib və çempionata qələbə ilə başlayıb.
Günün sonuncu matçında isə "Turan Tovuz" "Araz-Naxçıvan"a uduzub.
Turun açılış matçında - "İmişli" - "Neftçi" oyununda qapılara qol vurulmayıb (0:0).
Son çempion "Qarabağ" "Azersun Arena"da "Sumqayıt"a minimal hesabla uduzub - 0:1.
"Karvan-Yevlax" Qəbələdə "Kəpəz"i 3:2 hesabı ilə məğlub edib.
Xatırladaq ki, tura sabah baş tutacaq "Qəbələ" - "Zirə" oyunu ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası. 2-ci tur
"Şamaxı" - "Sabah" 1:2
Qollar: Dioqo Balau, 59 - Coy Lens Mikels, 1, 76.
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Nəriman Axundov
Şamaxı şəhər stadionu.
"Turan Tovuz" - "Araz-Naxçıvan" 1:2
Qol: Alexandro Serrano, 77 (penalti) - Şarl Boli, 39, Simakala, 52.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"Azersun Arena".