"Difai"dən ayrılan Roman Hüseynov "Səbail"lə 6 aylıq müqavilə bağladı

"Difai"dən ayrılan Roman Hüseynov "Səbail"lə 6 aylıq müqavilə bağladı

1-ci Liqada yarışan "Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

"Mediasport" xəbər verir ki, Bayıl təmsilçisi "Difai"dən ayrılan Roman Hüseynovu heyətinə qatıb.

28 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

"Qəbələ"nin yetirməsi olan Roman Hüseynov "Kəpəz", "Sumqayıt", "Şamaxı", "Mingəçevir" və "Karvan-Yevlax"da da oynayıb.