Bölgə klubunda KÖKLÜ İSLAHAT başlandı: 19 futbolçu yola salındı

Futbol üzrə Azərbaycan 1-ci Liqa təmsilçisi "Cəbrayıl"da köklü islahat başlanıb.
"Mediasport" xəbər verir ki, Qarabağ təmsilçisi 19 futbolçusu ilə yollarını ayırıb.
Həsrət Mürsəlov, Taleh Qarayev, Mirmövsüm Canıyev, Samir İbrahimov, Nurlan Quliyev, Polad İbrahimov, Elşad Əliyev, Məhərrəm Orucov, Zeynəddin Abdurahmanov, Zahir Mirzəzadə, Aqşin Yaqubov, Samir Məhərrəmli, Kənan Baxışov, Ravil Qafarov, Okan Təhməzli, Bilal İsmayılov, Ümüd Cəfərov, Vüsal Səfərov və Əkpər Vəliyevlə başa çatan müqavilələr yenilənməyib.
Xatırladaq ki, liqada yeni mövsüm sentyabrın 11-də start götürəcək.