"Neftçi" və "Sabah"ın futbolçuları 1-ci Liqa klubunda - FOTOLAR

"Neftçi" və "Sabah"ın futbolçuları 1-ci Liqa klubunda - FOTOLAR

Futbol üzrə Azərbaycan 1-ci Liqasında yeni mövsümə hazırlaşan "Baku Sportinq" heyətini gücləndirib.

"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi "Neftçi"dən Fərid Səfərlini, "Sabah"dan Hüseyn Məmmədzadəni heyətinə qatıb.

Buzovna klubu hər iki futbolçu ilə 1 illik müqavilə bağlayıb.