Qurban Qurbanovun "Beşiktaş"a namizədliyi yenidən gündəmdə
Qurban Qurbanov növbəti dəfə Türkiyənin “Beşiktaş” klubunun baş məşqçiliyinə namizəd olub.
"Mediasport" xəbər verir ki, məlumatı məşhur şərhçi Kartal Yiğit paylaşıb.
1990-cı illərdən bu yana "qara qartallar"a yaxınlığı ilə tanınan jurnalist klub rəhbərliyinin namizəd siyahısını əldə edib.
Siyahıda Qurban Qurbanovla yanaşı, Filipe Luis, Dino Toppmöller, Ange Postekoqlu, Razvan Luçesku və Oliver Qlasnerin adı yer alıb.
İstanbul nəhənginin prezidenti Serdal Adalının seçimdə səhv etməmək üçün ciddi götür-qoy etdiyi bildirilib.
Xatırladaq ki, Qurban Qurbanovun iki mövsüm öncə də "Beşiktaş"la hallanırdı. O, 2008-ci ildən Ağdam klubunun baş məşqçisidir.


