Bölgə klubu Lökbatana gəlməkdən imtina etdi, "Kür-Araz" və "Quba" 3 xala sevindi - 2-ci Liqada 15-ci tur
Futbol üzrə Azərbaycan 2-ci Liqasında 15-ci tur start götürüb.
"Mediasport" xəbər verir ki, ilk oyun gününə planlaşdırılan 3 matçdan ikisi baş tutub.
Saatlı derbisini "Kür-Araz" qazanıb, "Quba" Şəmkirdən 3 xalla qayıdıb.
"Sheki City" isə Qaradağ səfərində meydana çıxmaqdan imtina edib.
Tura sabah yekun vurulacaq.
Azərbaycan 2-ci Liqası. 15-cı tur
15 dekabr (bazar ertəsi)
“Araz Saatlı” - “Kür-Araz” 1:4
Hakimlər: Ceyhun Hüseynov, Cavid Ömərov, Sadiq Əliyev, Mahmud Bağırzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Saatlı OİK stadionu, 14:00
“Qaradağ Lökbatan” - “Sheki City” (baş tutmayıb)
Hakimlər: Elvin Bayramov, Ruslan Babayev, Tural Bayramov, Nəriman Ağayev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: İlham Əliyev
Lökbatan OİK stadionu, 14:00
“Şəmkir” - “Quba” 0:1
Hakimlər: Ruslan Quliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Novruz Əzimov
Şəmkir OİK stadionu, 14:30
16 dekabr (çərşənbə axşamı)
“Xankəndi” - “Ağstafa Gəncləri”
Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Elman Kərimov, Nahid Xasıyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Nəriman Axundov
“Palms Sports Arena” (IV meydança), 14:00
“Göygöl” - “Şirvan”
Hakimlər: Sənan Bayramzadə, Asif Abdullayev, Əkbər Əliyev, Rəsul Babayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elman Musayev
Göygöl OİK stadionu, 14:30
“Ağdaş” - “Dinamo”
Hakimlər: Şamil İmanzadə, Samir Qaracayev, Elmin Süleymanov, Murad Səlimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Ağdaş şəhər stadionu, 14:30
