"Qarabağ"ın daha bir yetirməsi Region Liqası klubuna keçdi

"Qarabağ"ın daha bir yetirməsi Region Liqası klubuna keçdi

AFFA Region Liqasına hazırlaşan "Xankəndi" yeni futbolçu transfer edib.

"Mediasport" xəbər verir ki, yeni yaradılmış komanda "Qarabağ"ın yetirməsi Rəşad Həmidovu sıralarına qatıb.

Hücumçu Ağdam klubunun U-16, U-17 və U-19 komandalarında forma geyinib.

Forvard "Səbail", "Araz-Naxçıvan" və "Cəbrayıl" klublarında da çıxış edib.

24 yaşlı futbolçu sonuncularla AFFA Region Liqasının qalibi olub.

Qeyd edək ki, "Xankəndi" iki gün əvvəl "Qarabağ"ın başqa bir yetirməsi Hüseyn Mənəfli ilə də müqavilə bağlayıb.