Premyer Liqada 30-cu tur: İki oyunun hakimləri açıqlandı

 Premyer Liqada 30-cu tur: İki oyunun hakimləri açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 30-cu turun iki oyununa hakim təyinatları açıqlanıb.

"Mediasport" xəbər verir ki, “Kəpəz” – “Sumqayıt” matçını Əli Əliyev idarə edəcək.

“Araz-Naxçıvan” – “İmişli” qarşılaşması isə Vüqar Həsənliyə həvalə olunub.


Azərbaycan Premyer Liqası. 30-cu tur


2 may (şənbə)

“Kəpəz” – “Sumqayıt”

Hakimlər: Əli Əliyev, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov

VAR: Elvin Bayramov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Ramil Diniyev 

AFFA nümayəndəsi: Asif Əliyev

Yevlax şəhər stadionu, 16:00


“Araz-Naxçıvan” – “İmişli”

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Emin Əliyev

VAR: Fərid Hacıyev

AVAR: Rəhman İmami

Hakim-inspektor: İmanxan Sultani 

AFFA nümayəndəsi: Bəhram Qurbanov

“SOCAR Polymer Arena”, 18:30