"Qarabağ" futbolçusunu 1-ci Liqa klubuna icarəyə göndərdi - RƏSMİ

"Qarabağ"ın qapıçısı Sadiq Məmmədzadə Azərbaycan 1-ci Liqası təmsilçisi "Difai"yə keçib.
"Mediasport" xəbər verir ki, 18 yaşlıqolkiper yeni klubunda 1 illik icarə əsasında forma geyinəcək.
Ötən yay "Qarabağ"a keçən Sadiq "Səbail"in yetirməsidir.