"Səbail"dən növbəti transfer

  "Səbail"dən növbəti transfer

1-ci Liqa təmsilçisi "Səbail" növbəti transferini açıqlayıb.

"Mediasport" xəbər verir ki, Bayıl təmsilçisi Eltun Turabovla 1+1 illik müqavilə imzalayıb.

29 yaşlı müdafiəçi 2025/2026 mövsümünü "Karvan-Yevlax"da keçirib.

O, Premyer Liqada ümumilikdə 29 oyuna çıxıb və 1 qol vurub.

"Dənizçilər" buna qədər Mehdi Cənnətovu, Zeyəddin Abdurahmanov, Rubin Seyidov, Bahadur Həziyevi heyətinə cəlb edib.