"Mingəçevir" Zaqatala stadionunda oynamayacaq - PFL qərar verdi

"Mingəçevir" Zaqatala stadionunda oynamayacaq - PFL qərar verdi

Azərbaycan 1-ci Liqasının 16-cı turunun “Mingəçevir” - “Difai” oyununun yeri dəyişdirilib.

"Mediasport" xəbər verir ki, bu barədə peşəkar Futbol Liqası qərar çıxarıb.

Fevralın 27-də baş tutacaq görüş saat 14:00-da Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında keçiriləcək.

Xatırladaq ki, görüşün öncədən Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda baş tutması planlaşdırılmşdı.

Qarşılaşmanın tarixi və başlama saatı ilə bağlı hər hansı dəyişiklik edilməyib.