1-ci Liqada klubunu dəyişdi - FOTO
Futbol üzrə Azərbaycan 1-ci Liqasında yarışan “Şahdağ Qusar” heyətini yeni oyunçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, şimal təmsilçisi qapıçı Elməddin Sultanovu transfer edib.
25 yaşlı qolkiperlə 1 illik müqavilə bağlanıb.
“Qəbələ” futbol akademiyasının yetirməsi son olaraq “Baku Sportinq” klubunda çıxış edib.



