"Xankəndi"nin yay planı açıqlandı

  "Xankəndi"nin yay planı açıqlandı

"Xankəndi" yeni mövsümün hazırlıqlarına iyulun 20-də start verəcək.

"Mediasport" xəbər verir ki, 1-ci Liqa klubu bu mərhələdə fiziki hazırlığın yüksəldilməsi və heyət formalaşdırılması istiqamətində intensiv məşqlərə başlayacaq.

Təlim-məşq toplanışı çərçivəsində seleksiya xarakterli yoxlama görüşlərinin keçirilməsi də nəzərdə tutulub.