"Təəssüf ki, xarici olmadığımından bu, şişirdilmir" - Ayxan Abbasov

"Təəssüf ki, xarici olmadığımından bu, şişirdilmir" - Ayxan Abbasov

"Təəssüf ki, mən "Arsenal"da işləmirəm və ya xarici olmadığımdan bu, şişirdilmir".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis San-Marino yığması ilə baş tutan yoldaşlıq matçından sonra standart vəziyyətlərlə bağlı sualı belə cavablandırıb

"Statistikaya nəzər yetirsəniz, standart vəziyyətlərdən ən çox qol vuran klubun - "Şamaxı"nın baş məşqçisi olmuşam".

Xatırladaq ki, Azərbaycan millisi Avstriyada keçirdiyi ilk yoxlama matçında Maltaya uduzub (0:2), San-Marinonu məğlub edib (2:1).