Premyer Liqaya yüksələn klub əvvəl Bakıda, sonra Qəbələdə
Premyer Liqaya vəsiqə qazanan "Şəfa"nın yeni mövsüm üçün hazırlıq planı açıqlanıb.
"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi iyulun 2-də Bakıda toplaşacaq.
Hazırlığın ilk mərhələsini paytaxtda keçirəcək kollektiv ikinci etap üçün iyulun 20-də Qəbələyə yollanacaq.
Toplanışın bu mərhələsi avqustun 9-dək bölgədə davam edəcək. Komanda yeni mövsümə hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu keçirməyi nəzərdə tutub.
Rəqiblər, tarixlər və məkan hələlik müəyyənləşməyib.


