Mahir yenə baş məşqçisiz qaldı - Cəmi 5 oyun iş başında oldu
Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin icarə əsasında formasını geyindiyi Polşanın "Rakuv" klubu baş məşqçisi Tomaş Kaçmareklə vidalaşıb.
"Mediasport" xəbər verir ki, 42 yaşlı mütəxəssisin bu postda fəaliyyəti 5 matçdan ibarət olub.
Sentyabrın əvvəlində "sükan" arxasına keçən çalışdırıcı 2 qələbə və 3 məğlubiyyət əldə edib.
Xatırladaq ki, Çenstoxova klubu avqustun sonunda David Kroçeki yola salmışdı.
"Rakuv" Polşa çempionatında 6 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.
Mahir Emreli müqavilə ilə Almaniyanın "Kayzerslautern" komandasına məxsusdur.

