"Şəfa" Qəbələdə qalib gəldi, "Zirə" "İmişli"ni məğlub etdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci tur start götürüb.
"Mediasport" xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.
Bir duel Qəbələdə, digəri Zirədə baş tutub.
Tur ümumilikdə iki günü əhatə edəcək və 4 qarşılaşmadan ibarət olacaq.
"Sabah" və "Qarabağ"ın görüşləri avrokuboklara görə təxirə salınıb.
Azərbaycan Premyer Liqası. 2-ci tur
“Qəbələ” – “Şəfa” 0:1
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rəvan Həmzəzadə
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Qəbələ şəhər stadionu, 18:30
“Zirə” – “İmişli” 3:1
Hakimlər: Əli Əliyev, Pərvin Talıbov, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Zirə İdman Kompleksinin stadionu, 20:45
23 avqust (bazar)
“Turan Tovuz” – “Şamaxı”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Nicat İsmayıllı
VAR: Vüqar Həsənli
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tovuz şəhər stadionu, 18:30
“Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Palms Sports Arena” 20:45

