PFL "Zirə" - "Kəpəz" oyununun keçiriləcəyi tarixi açıqladı

Kəskin hava şəraitinə görə bu gün təxirə salınan Azərbaycan Premyer Liqasının 24-cü "Zirə" - "Kəpəz" oyununun keçiriləcəyi tarix açıqlanıb.
"Mediasport" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Qarşılaşma sabah baş tutacaq.
Zirə İdman Kompleksində keçiriləcək matç saat 16:00-da başlanacaq.