"Qəbələ"dən ayrılan müdafiəçi Premyer Liqanın digər klubunda
"Şəfa" "Qəbələ"dən ayrılan Murad Musayevi heyətinə cəlb edib.
"Mediasport" xəbər verir ki, müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
31 yaşlı futbolçu karyerası ərzində "Zirə", "Səbail" və "Şüvəlan" klublarının da formasını geyinib.
Murad 2025/2026 mövsümündə "Qəbələ"nin heyətində ümumilikdə 33 oyuna çıxıb.
Xatırladaq ki, paytaxt təmsilçisinə Zaur Həşimov baş məşqçi təyin edildikdən sonra heyətə Rauf Hüseynli, Nicat Mehbalıyev və Arsen Ağcabəyov cəlb olunublar.


