Türkiyədə mərc qalmaqalında millimizin futbolçusu da var!

Türkiyədə mərc qalmaqalında millimizin futbolçusu da var!

Türkiyə futbolunda mərc qalmaqalı böyüyür.

"Mediasport" xəbər verir ki, hakimlərdən sonra növbə futbolçulara çatıb.

Türkiyə Futbol Federasiyası oyunların nəticələrini manipulyasiya edən 1024 futbolçunu müəyyənləşdirib.

Onların arasında ötən il və daha əvvəl Azərbaycan milli komandasında oynamış iki oyunçu da var.

"Neftçi" və "Səbail"in sabiq müdafiəçisi Mert Çelik, həmçinin U-19 və U-21 yığmalarımızda forma geyinmiş milliləşdirilmiş türkiyəli Emre Kaplan da "qara siyahı"ya düşüb.

Mert hazırda "Sivasspor"da, Kaplan isə "Ümraniyespor"da oynayır.

TFF-in araşdırmaları davam edir.

Haqqında təhqiqat-cinayət işi açılan futbolçuların 3 aydan 1 ilə qədər cəzalandırılması gözlənilir.

Həmçinin onlar istintaq başa çatana qədər futboldan uzaqlaşdırılıblar.