Mahir bir hissə oynadı, komandası səfərdə məğlub oldu - VİDEO
Futbol üzrə Polşa Ekstraklasasında 12-ci turun oyunları keçirilir.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Rakuv” səfərdə “Visla” ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Mahir meydana ikinci hissədə daxil olub və heç nə ilə yadda qalmayıb.
“Rakuv” 6 xalla turnir cədvəlinin sonuncu - 18-ci pilləsində qərarlaşıb.

