Yığma komanda Türkiyədə Qırğızıstan və Bəhreynlə qarşılaşacaq

Yığma komanda Türkiyədə Qırğızıstan və Bəhreynlə qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq.

"Mediasport" xəbər verir ki, U-21 Türkiyədəki hazırlıq dönəmində 2 yoldaşlıq oyunu keçirəcək.

Millimiz iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

"Sav" stadionunda baş tutacaq hər iki matçın Bakı vaxtı ilə saat 18:00-da başlanması nəzərdə tutulur.