Azərbaycan millisi Bakıda 2 dəfə Oman yığması ilə qarşılaşacaq
Təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iki yoxlama oyunu keçirəcək.
"Mediasport" xəbər verir ki, yığmamız Omanın U-23 kollektivi ilə qarşılaşacaq.
Matçlar noyabrın 14-də və 17-də saat 17:00-da “Bank Respublika Arena”da baş tutacaq.
Hər iki görüş “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

