Millimiz UEFA İnkişaf Turnirində Qazaxıstan yığmasına qalib gəldi
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.
"Mediasport" xəbər verir ki, komandamız Qazaxıstanın müvafiq yaş qrupundan ibarət kollektivini məğlub edib .
Qazaxıstanın Çimkənd şəhərində yerləşən "Namys" stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Yığmamız qolunu 18-ci dəqiqədə Ruslan Quliyev vurub.
Oyunsonrası penaltilər seriyasında daha dəqiq oynayan Aqil Nəbiyevin yetirmələri 4:2 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, U-17 daha əvvəl Rusiya millisinə 0:5 hesabı ilə uduzub.
KOmandanın turnirdə son matçı aprelin 30-da Pakistan futbolçularına qarşı olacaq.
