Mahirin adı iştirak ərizəsinə salınmadı, "Kayzerslautern" böyükhesablı qələbə qazandı

Mahirin adı iştirak ərizəsinə salınmadı, "Kayzerslautern" böyükhesablı qələbə qazandı

Almaniya 2-ci Bundesliqasında 5-ci turun oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" səfərdə "Qröyter Fürt"lə qarşılaşıb.

Görüş futbolçumuzun komandasının böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Mahirin adı matçın iştirak ərizəsinə salınmayıb.

"Kayzerslautern" xal ehtiyatını 9-a çatdıraraq 6-cı sıraya yüksəlib. Lider "Hannover"in 12 xalı var.