"Qəbələ" "Sumqayıt"la növbəti dəfə yoxlama matçında üz-üzə gələcək

"Qəbələ" "Sumqayıt"la növbəti dəfə yoxlama matçında üz-üzə gələcək

Yeni mövsümün hazırlığını davam etdirən "Qəbələ" bu gün növbəti yoxlama oyununa çıxacaq.

"Mediasport" xəbər verir ki, Kaxaber Çxadadzenin rəhbərlik etdiyi kollektiv ikinci dəfə "Sumqayıt"la matçda qüvvəsini sınayacaq.

Görüş 18:30-da Qəbələ şəhər stadionunda start götürəcək.

Xatırladaq ki, şimallılar daha əvvəl "Şamaxı" (2:1), "Kəpəz" (2:0) və "Sumqayıt"ı (1:0) məğlub ediblər.