"Sabah"ı məğlub edən "Neftçi" rəsmən Konfrans Liqasında!

"Sabah"ı məğlub edən "Neftçi" rəsmən Konfrans Liqasında!

Azərbaycan Premyer Liqasında 32-ci tura bu gün yekun vurulub.

"Mediasport" xəbər verir ki, sonuncu oyun günündə də 2 qarşılaşma baş tutub.

Qışdan sonra əla performans sərgiləyən "Neftçi" səfərdə çempion "Sabah"ı məğlub edərək sona bir tur qalmış, reqalmentə əsasən, 4-cü yerin sahibi kimi UEFA Avropa Konfrans Liqasına vəsiqəni rəsmiləşdirib.

"Ağ-qaralar" üçün bu şans "Sabah"ın çempion və kubokun qalibi olması ilə yaranıb.

Beləliklə, "Zirə"nin "Sumqayıt"ı məğlub etməsinin heç bir əhəmiyyəti qalmayıb. Son turun nəticələrindən asılı olmayaraq, "Neftçi" qələbə sayında Rəşad Sadıqovun komandasını geridə qoyacaq.

Paytaxt klubu mövsümdə 15 dəfə qalib gəlibsə, "qartallar"da bu göstərici 13-ə bərabərdir.

Buna qədər baş tutan matçlarda "Qəbələ" "Karvan-Yevlax"ı (2:1), "Araz-Naxçıvan" "Kəpəz"i (2:0), "Qarabağ" "İmişli"ni (3:0), "Şamaxı" "Turan Tovuz"u (3:2) məğlub edib.

Beləcə, növbəti mövsüm Azərbaycanı avrokuboklarda "Sabah" (UEFA Çempionlar Liqası), "Qarabağ" (UEFA Avropa Liqası), "Turan Tovuz" və "Neftçi" (hər ikisi UEFA Avropa Konfrans Liqası) təmsil edəcək.


Azərbaycan Premyer Liqası. 32-ci tur


"Sabah" - "Neftçi" 1:2

Hakimlər: Kamal Umudlu, Namik Hüseynov, Vüsal Məmmədov, Elvin Bayramov.

VAR: Fərid Hacıyev.

AVAR: Akif Əmirəli.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

"Bank Respublika Arena"


"Zirə" - "Sumqayıt" 2:1

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev.

VAR: İnqilab Məmmədov.

AVAR: Zöhrab Abbasov.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

Zirə İdman Kompleksinin stadionu