Nərimanın ABŞ klubunda illik maaşı 1 milyon manatdan çoxdur
"Kolumbus Kryu" klubunda forma geyinən azərbaycanlı futbolçu Nəriman Axundzadənin ABŞ-də illik məvacibi açıqlanıb.
"Mediasport" xəbər verir ki, qış transfer pəncərəsində "Qarabağ"dan okeanın o tayına yollanan hücumçuya vergilərlə birgə 633 min 390 dollar (1 milyon 7 min 600 manat), vergilərsiz 550 min dollar (935 min manat) əməkhaqqı yazılıb.
Siyahıya "İnter Mayami"nin forvardı, dünya çempionu Lionel Messi başçılıq edir (28 milyon dollar maaş).
Xatırladaq ki, Nəriman ABŞ klubu ilə 3,5 illik sözləşməyə imza atıb.

