Azərbaycan - Haiti oyununun biletləri 2 manatdan satışa çıxarıldı

Azərbaycan - Haiti oyununun biletləri 2 manatdan satışa çıxarıldı

Martın 22-də yoldaşlıq görüşü çərçivəsində keçiriləcək Azərbaycan - Haiti qarşılaşmasının biletləri satışa çıxarılıb.

"Mediasport" xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq oyuna 2-ci kateqoriya biletlərin qiyməti 2 manat təşkil edir.

1-ci kateqoriya 5 AZN, VİP isə 10 azn-dir.

Azarkeşlər saat 21:45-də başlanacaq görüşün biletlərini aşağıdakı ünvanlardan əldə edə bilərlər.

Biletlər oyun günü matçın keçiriləcəyi stadionun kassalarında da satışda olacaq.


iTicket.az satış məntəqələri:

"Gənclik Mall"

"28 Mall"

Köşk No1 (Sahil m. M.Rəsulzadə 3)

Köşk No2 (Bülbül prospekti, Nizami küç.)

1 Saylı ASAN xidmət mərkəzi

2 Saylı ASAN xidmət mərkəzi

3 Saylı ASAN xidmət mərkəzi

4 Saylı ASAN xidmət mərkəzi

1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi