Emin Mahmudova Andorrada xüsusi forma hədiyyə olundu
Futbol üzrə Azərbaycan milli komandasının kapitanı Emin Mahmudova yığmanın heyətində sonuncu oyununa çıxması münasibətilə xatirə həədiyyəsi təqdim olunub.
"Mediasport" xəbər verir ki, yarımmüdafiəçiyə üzərində 66 rəqəmi və Mahmudov soyadı yazılmış xüsusi formanı AFFA-nın baş katibi Cahangir Fərəcullayev təqdim edib.
Qeyd edək ki, "Neftçi"nin üzvü Andorra ilə bu dəqiqələrdə səfərdə keçirilən görüşdə sonuncu dəfə milli formasında meydana çıxıb.
2016-cı ildən yığmanın şəfərini qoruyan Emin milli tarixində 16 qolla ən məhsuldar futbolçudur.

