Azərbaycan millisini bolqarlarla oyuna Elnur Çodarov çıxaracaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasını Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Bolqarıstan yığması ilə oyuna hansı məşqçinin çıxaracağı dəqiqləşib.
"Mediasport" xəbər verir ki, sentyabrın 9-da baş tutacaq matça komandanı Ayxan Abbasovun köməkçisi Elnur Çodarov çıxaracaq.
Məlum olduğu kimi, U-21-in baş məşqçisi Ayxan Abbasov əsas yığmanın çalışdırıcısı Fernandu Santuş istefaya göndərildiyi üçün Ukrayna seçməsi ilə qarşılaşmada "sükan" arxasında olacaq.
Azərbaycan - Bolqarıstan oyunu saat 18:00-da başlanacaq.