İsa Rüstəmov "Kakhi Cup 2025" turnirində bürünc medal qazandı

Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri İsa Rüstəmov və Dadaş Dadaşbəyli Gürcüstanda keçirilmiş "Kakhi Cup 2025" beynəlxalq turnirində iştirak ediblər.
"Mediasport" xəbər verir ki, təmsilçimiz İsa Rüstəmov toplamda 321 kq (145+176) nəticə ilə yarışın bürünc medalını qazanıb.
Dadaş Dadaşbəyli isə toplamda 392 kq (184+208) nəticə ilə 6-cı olub.
Qeyd edək ki, turnirin nəticələri sinkler cədvəli ilə hesablanır və burada ilk 6 yeri tutan idmançılar medallarla təltif olunur.
Beynəlxalq turnirdə Avropa və dünyanın ən güclü atletlərindən sayılan türkiyəli Yusuf Genç və Kaan Kahriman kimi idmançılar da mübarizə aparıblar.