Azərbaycan idmançısı İspaniyada Avropa birinciliyinin qalibi oldu

 Azərbaycan idmançısı İspaniyada Avropa birinciliyinin qalibi oldu

Azərbaycan idmançısı Musab Məmmədəliyev İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələrin Avropa birinciliyində uğurlu nəticələr qazanıb.

“Mediasport” xəbər verir ki, atletimiz U-15 kateqoriyasında 56 kq çəki dərəcəsində birdən qaldırma hərəkətində 93 kq nəticə göstərərək qızıl medala sahib olub.

Musab təkanla qaldırma hərəkətində isə 109 kq çəkini başı üzərinə qaldıraraq gümüş medala layiq görülüb.

Beləliklə, iki hərəkətin cəmində 202 kq nəticəyə imza atan idmançımız Avropa birinciliyinin qalibi adını qazanıb.