"The Sun": "Qarabağ" "Enfild"də "Liverpula"a məğlub olsa da...
Böyük Britaniyanın nüfuzlu "The Sun" nəşri UEFA Çmepionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la qarşılaşacaq "Qarabağ"dan yazıb.
"Mediasport" xəbər verir ki, populyar dərgi "sağsağanlar"ın Bakıya uzun səfər edəcəyini vurğulayıb.
Bildirilib ki, Azərbayan çempionun bu mövsüm Çempionlar Liqasının əsas raundunda yaxşı nəticələr əldə edib:
"Eddi Hounun komandası 2500 mil (4023 km) məsafə qət edərək Bakıya yollanacaq.
"Qarabağ" bu həftə "Enfild"də "Liverpul"a 0:6 hesabı ilə məğlub olsalar da, Liqa mərhələsinin əvvəlində "Benfika", "Ayntraxt" və "Kopenhagen" üzərində inamlı qələbələr qazanıblar, həmçinin "Çelsi" ilə heç-heçə ediblər".
Xatırladaq ki, Ağdam təmsilçisinin ingilislərlə ilk dueli fevralın 18-də Bakıda, cavab qarşılaşması fevralın 25-də "Sent Ceyms Park"da baş tutacaq.
