Azərbaycanın dəyərli klubu hansıdır? - SIRALAMA yeniləndi
Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların bazar qiymətləri yenilənib.
"Mediasport" xəbər verir ki, nüfüzulu "Transfermarkt" portalının dəyərləndirməsinə görə, ən bahalı klubumuz "Qarabağ"dır.
Ağdam təmsilçisinin ən bahalı futbolçusu kimi 2,5 milyon avro qiymətlə qapıçı Mateuş Koxalski göstərilib, "Sabah"dan Timoetuş Puxaça da eyni dəyər verilib.
Bazar qiymətinə görə ikinci sırada dayan kollektiv "Sabah", üçüncü pillədə isə "Neftçi"dir.
Azərbaycan Premyer Liqası klublarının bazar dəyəri
1."Qarabağ" – 27,58 milyon avro
2."Sabah" – 18,5 milyon avro
3."Neftçi" – 13,9 milyon avro
4."Zirə" – 11,25 milyon avro
5."Turan Tovuz" – 10,3 milyon avro
6."Sumqayıt" – 9,35 milyon avro
7."İmişli" – 6,08 milyon avro
8."Araz-Naxçıvan" – 5,83 milyon avro
9."Kəpəz" – 5,25 milyon avro
10."Qəbələ" – 4,68 milyon avro
11."Şəfa" – 4,2 milyon avro
12."Şamaxı" – 3,9 milyon avro


