"Neftçi" final matçına çıxır

Qubada 12 yaşadək futbolçular arasında keçirilən II "Ulduz Cup" beynəlxalq turnirinin finalçıları məlum olub.
"Mediasport" xəbər verir ki, "Neftçi" PFK (Azərbaycan) və "Paxtakor" FK (Özbəkistan) finala vəsiqə qazanıblar.
"Sabah" FK (Azərbaycan) və "Dinamo Tbilisi" (Gürcüstan) komandaları 3-cü yer uğrunda mübarizə aparacaqlar.
Final matçı bu gün saat 16:00-da start götürəcək.