DÇ-yə hazırlaşan "Turan Tovuz"lu millidə növbəti matçını keçirdi
"Turan Tovuz"un futbolçusu Roderik Miller Panama millisinin heyətində növbəti matçına çıxıb.
"Mediasport" xəbər verir ki, Qərb təmsilçisinin üzvü bu dəfə Dominikan Respublikası ilə yoldaşlıq qarşılaşmasında forma şansı qazanıb.
Roderik əsas heyətdə mübarizəyə başlayıb. O, fasilədən sonra əvəzlənib.
Matç Panama yığmasının qələbəsilə yekunlaşıb (4:2).
Panama DÇ-2026-nın L qrupunda İngiltərə, Xorvatiya və Qana ilə üz-üzə gələcək.
Miller də mundial üçün yığmanın yekun heyətinə dəvət edilib.
Xatırladaq ki, Premyer Liqamızda top qovan oyunçu Braziliya ilə yoxlama oyununda da mübarizə aparmışdı (2:6).


