Azər Bağırov "Qarabağ" üzərində səfər qələbəsi haqda nələr dedi?
“Qarabağ”a qarşı oyunun nə qədər çətin olacağını bilirdik. Mənim fikrimcə, maraqlı oyun alındı".
"Mediasport" xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.
Mütəxəssis Azərbaycan Premyer Lqiasının 17-ci turunun "Qarabağ"la səfər matçı haqda danışıb, qələbəni şərh edib:
“Fürsətdən istifadə edib “Qarabağ”ı təbrik edirəm. İnşallah, Avropada yollarına davam edərlər.
Futbolçularımız yaxşı mübarizə apardılar. Əslinə qalsa, bu hesabı təxmin etmirdim. Ancaq oyundan əvvəl uşaqlara edə bilməyəcəyimiz heç nəyin olmadığını söylədim. Fikrimcə, layiqli qələbə oldu”.
Qeyd edək ki, Gəncə klubu "Qarabağ" üzərində 2:0 hesablı qələbə qazanıb.
