Ruslan-Zeynəb cütlüyü Avropa çempionatında 2-ci yeri tutdu
Azərbaycanlı atıcılar Ruslan Lunyov və Zeynəb Sultanova Xorvatiyanın Osijek şəhərində keçirilən Avropa çempionatında uğurla iştirak ediblər.
"Mediasport" xəbər verir ki, təmsilçilərimiz 25 metr məsafəyə atəş üzrə duet yarışında gümüş medal qazanıblar.
Atıcılarımız finalda Çexiya komandası ilə mübarizə aparıblar.

