Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümü başa çatdı

Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümü başa çatdı

Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünə yekun vurulub.

"Mediasport" xəbər verir ki, "İmişli" 33-cü turun son matçı çərçivəsində Qubada 1-ci Liqaya düşdüyü dəqiqləşən "Karvan-Yevlax"la qarşılaşıb.

Xatırladaq ki, turun əvvəlki görüşlərində "Qəbələ" "Şamaxı"nı (3:1), "Sabah" "Turan Tovuz"u (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:3), "Neftçi" "Kəpəz"i (1:0), "Araz-Naxçıvan" isə "Zirə"ni (3:2) məğlub edib.

Azərbaycan Premyer Liqası. 33-cü tur


"İmişli" - "Karvan-Yevlax" 1:1

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Tərlan Talıbzadə, Kamran Əliyev

VAR: Rəşad Əhmədov

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: Zöhrab Qədiyev

Quba Olimpiya İdman Kompleksi.