Premyer Liqa təmsilçisi İtaliya ilə DÇ matçı üçün milliyə çağırıldı

“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram növbəti dəfə Moldova milli komandasına dəvət alıb.
"Mediasport" xəbər verir ki, 31 yaşlı qolkiper dünya çempionatının seçmə mərhələ matçlarında düşərgədə yer alacaq.
Baş məşqçi Sergey Kleşenko yığmaya 27 futbolçu çağırıb.
Qeyd edək ki, moldovalılar iyunun 6-da Polşa seçməsi ilə yoldaşlıq görüşü keçirəcəklər, iyunun 9-da isə DÇ-nin seçmə qrup mərhələsi çərçivəsində İtaliya millisi ilə üz-üzə gələcəklər.
2021-ci ildən yığmaya çağırılan və daha çox ehtiyatda qalan Avram əsas komandada indiyədək 11 matç keçirib.