"Karvan-Yevlax"ın qış hazırlığında ilk matçı "Kəpəz"ə qarşı olacaq
"Karvan-Yevlax"ın qış hazırlıq planı müəyyənləşib.
"Mediasport" xəbər verir ki, “Neftçi” ilə dekabrın 20-də keçirilən oyundan sonra istirahətə buraxılan komanda yanvarın 3-də Yevlaxda toplaşacaq.
Bölgə təmsilçisinin toplanış çərçivəsində 2 yoxlama oyunu keçirməsi nəzərdə tutulur.
Rəqiblərdən birinin adına aydınlıq gəlib. Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv yanvar ayının 17-də Yevlax şəhər stadionunda “Kəpəz”lə qarşılaşacaq.
Digər rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, aranlılar 2026-ci ildə ilk rəsmi oyununu yanvarın 25-də Premyer Liqanın 17-ci turu çərçivəsində səfərdə “Sabah"a qarşı keçirəcəklər.
